Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlılığını gücləndirmək niyyətindədir

18-12-2018, 11:08
Oxunub: 163
Bu barədə Avropa Komissiyasının yeni tenderində deyilir


Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün 3,2milyon avro ayırmağı planlaşdırır.

Report RT-yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni tenderində deyilir.

"Bu proqram "Şərq Tərəfdaşlığı" ölkələrində kibertəhdidlərə qarşı dayanıqlığın və cinayət-hüquqi tədbirlərin gücləndirilməsinə kömək edəcək və kibertəhlükəsizliyin və kiberhücumlara hazırlığın yüksəldilməsi üçün texniki və əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə tədbirlərə hesablanır", - tenderdə bildirilib.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Avropa İttifaqı tərəfindən başladılıb. Onun əsas məqsədi 6 ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti