"Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb

17-12-2018, 21:22
Oxunub: 134
Bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib


Böyük Britaniya parlamenti Avropa İttifaqıüzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək.

Report TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.

“Səsverməöncəsi müzakirələrə yanvarın 7-də qayıdacağımızı, bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm”, - deyə hökumət başçısı qeyd edib.

Xatırladaq ki, ilkin olaraq dekabrın 11-nə təyin edilən səsvermə noyabrın 25-də Avropa İttifaqı ilə razılaşdırılan sazişin İcmalar palatası tərəfindən narazılıqla qarşılanması səbəbindən təxirə salınmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti