Avtomobildən pirotexniki vasitələr və siqaret aşkarlanıb

15-12-2018, 12:45
Oxunub: 283
Baxış zamanı "Thunder King" yazısı olan 1 080 ədəd pirotexniki vasitə və "Milano" markalı 2 000 ədəd siqaret aşkarlanıb


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Etatist.com DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən "Thunder King" yazısı olan 1 080 ədəd pirotexniki vasitə və "Milano" markalı 2 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti