"Vaşinqton və Pekin tezliklə ticarət sazişi imzalaya bilər"

14-12-2018, 22:18
Oxunub: 94
"Hazırda Çin iqtisadiyyatı ABŞ-la ticarət qarşıdurması fonunda cüzi artıma malikdir"


ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqton və Pekinin tezliklə ticarət sazişi imzalayacaqlarını istisna etməyib.

Report xəbər verir ki, ABŞ rəhbəri bu barədə özünün "Twitter"hesabında yazıb.

"ABŞ-ın işləri çox yaxşı gedir. Çin böyük və hərtərəfli saziş imzalamaq istəyir. Bu, baş verə bilər və çox tezliklə!", - deyə Tramp yazıb.

Amerika lideri bildirib ki, hazırda Çin iqtisadiyyatı ABŞ-la ticarət qarşıdurması fonunda cüzi artıma malikdir.

ABŞ prezidenti daha əvvəl də bildirib ki, Amerika və Çin ticarət sövdələşməsi imzalamağa yaxındır, lakin o, hazırkı vəziyyətin ABŞ tərəfini qane etmədiyini düşünür.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti