Aİ "Brexit" üzrə təkrar danışıqlardan imtina edib

14-12-2018, 10:55
Oxunub: 143
"Tərəflərin 2021-ci ilə qədər yekun qərara gələcəkləri gözlənilir"


Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmağa dair sövdələşmənin şərtləri ilə bağlı danışıqları bərpa etmək təklifindən imtina edib.

Report xəbər verir ki, bu barədə Aİ-nin "Brexit" sammitində edilən bəyanata istinadən TASS məlumat yayıb.

Bununla belə sənədin tərtibatçıları qeyd ediblər ki, Aİ "Brexit"dən sonra Britaniya ilə "sıx" əlaqələr qurmaq niyyətindədir.

"Reuters" yazır ki, Aİ nümayəndələri Britaniyanın baş naziri Tereza Meyə ölkə Aİ-dən çıxdıqdan sonra saziş üzrə danışıqları davam etdirəcəklərinə dair vəd veriblər. Tərəflərin 2021-ci ilə qədər yekun qərara gələcəkləri gözlənilir. Şimali İrlandiyanın İrlandiya ilə sərhədi mübahisəli məsələlərdən biri olaraq qalır.

Bundan əvvəl Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ("Brexit") etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti