Belçikada həmkarlar ittifaqları etiraz aksiyaları və tətillər keçirəcək

13-12-2018, 16:29
Oxunub: 80
Həmkarlar ittifaqları işçilərin məvaciblərinin 1,5 faiz artırılmasını vacib hesab edir


Avropa İttifaqının Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən zirvə görüşünün ikinci günü, yəni sabah həmkarlar ittifaqları tərəfindən etiraz aksiyaları və tətillər keçiriləcək.

Report “İnterfax”a istinadən xəbər verir ki, aksiya iştirakçıları minimum əmək haqqının artırılması, təqaüd islahatından imtina olunması, rifahın yaxşılaşdırılması tələblərini irəli sürür.

“Şarl Mişel hökuməti üçün seçim məqamıdır: ya son dörd il apardıqları yarıtmaz siyasəti davam etdirəcək, ya da sosial dönüş yaratmaq fürsətindən yararlanacaq”, - deyə Xristian Həmkarlar Konfederasiyasının sədri Mark Lemans müsahibəsində bildirib.

Həmkarlar ittifaqları işçilərin məvaciblərinin 1,5 faiz artırılmasını vacib hesab edir.

“İqtisadi artım nəticəsində iri müəssisələr böyük mənfəət əldə edib, səhmdarların da dividendləri artıb. Amma işçilər bu artımı hiss etməyib”,- deyə həmkarlar lideri qeyd edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti