Rusiyadan gələn vətəndaşda ov silahı aşkarlanıb

13-12-2018, 15:18
Oxunub: 136
Faktla bağlı araşdırma aparılır


Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Etatist.com-a verilən məlumata görə, nəqliyyat vasitəsində olan yüklərə baxış zamanı 2 ədəd elektrikli qızdırıcı radiatorun birinin içərisindən "Baikal ИЖ 43M" markalı ov silahının lüləsi və 32 ədəd boş dəmir gilizlər, digər radiatorun içərisindən isə həmin ov silahının qundaq hissəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti