Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfirini qəbul edib

12-12-2018, 17:41
Oxunub: 124
E.Məmmədyarov səfir Sanjay Ranaya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb


Xarici işlər naziri Elmar MəmmədyarovHindistanın Azərbaycandakı səfiri Sanjay Rananı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Etatist.com-a verilən məlumata görə, iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirən səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirib.

Görüş zamanı tərəflər mövcud bağlılıq layihələri, Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, gömrük sadələşdirmələri və humanitar sahələrdəəməkdaşlıq məsələlərini müzakirə ediblər. Hindistanın bağlılıq layihələrində maraqlı olduğunu qeyd edən səfir, bu nəqliyyat şəbəkələrinin ölkəsini geniş qonşuluqla birləşdirən körpü rolunda çıxış etdiyini bildirib.

Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayıblar.

Səfir Sanjay Rana diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu xüsusda öz təşəkkürünü ifadə edib.

E.Məmmədyarov səfir Sanjay Ranaya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti