ABŞ prezidenti kütləvi qırğın silahının mühafizəsi üzrə milli strategiyanı təsdiqləyib

11-12-2018, 09:41
Oxunub: 38
ABŞ hakimiyyəti ölkədə və xaricdə kütləvi qırğın silahlarının təhlükələrdən müdafiəsini də möhkəmləndirəcək


Amerika prezidenti Donald Tramp kütləvi qırğın silahının terrorçu təşkilatların əlinə keçməsi təhlükəsinə qarşı mübarizə üzrə milli strategiyanı təsdiq edib.

Report xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin açıqlamasında bildirilir.

Onun sözlərinə görə, Tramp İŞİD və digər terror təşkilatların gələcəkdə kütləvi qırğın silahlarından ABŞ-a qarşı istifadə etmək cəhdlərinin qarşısının alınması üçün qəti addım atıb.

Bildirilir ki, strategiya üç əsas bənddən ibarətdir. Sənəd ABŞ-ın bu silahın yaraqlılara çıxışının bağlanması üzrə qlobal səylərə rəhbərlik edəcək.

Amerika tərəfi həmçinin silahlılara və onların vasitəçilərinə zərbə endirməklə bu növ silahı almağa və istifadə etməyə can atan terrorçulara təzyiq göstərəcək. Bundan başqa, ABŞ hakimiyyəti ölkədə və xaricdə kütləvi qırğın silahlarının təhlükələrdən müdafiəsini də möhkəmləndirəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti