Fransada keçirilən aksiyalar zamanı 4000-dən çox etirazçı saxlanılıb

11-12-2018, 01:04
Oxunub: 201
"Sarı jiletlilər"in narazılıq aksiyası noyabrın 17-də benzinin qiymətinin artımı ilə əlaqədar başlayıb


Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları "sarı jiletlilər" hərəkatının başlanğıcından bu günə kimi keçirilən aksiyalarda 4523 etirazçını saxlayıb.

Report xəbər verir ki, bu barədə BFMTV telekanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, onlardan 4099 nəfəri həbs edilib. Telekanalın açıqladığı rəqəmlər ölkənin bütün ərazisinə aiddir və 24 günü əhatə edir. Bildirilir ki, etirazçıların polis tərəfindən saxlanılması təkcə şənbə günü keçirilən aksiyaların gedişində deyil, həm də adi günlərdə baş verib.

"Sarı jiletlilər"in narazılıq aksiyası noyabrın 17-də benzinin qiymətinin artımı ilə əlaqədar başlayıb və bundan sonra genişlənib. Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti