Litva Rusiyaya qarşı sanksiya tətbiq edib

7-12-2018, 18:09
Oxunub: 280
“Kerç boğazında Ukrayna dənizçilərinə hücuma görə məsuliyyət daşıyanlara qarşı milli sanksiyalarımızı tətbiq etmişik”


Kerç boğazındakı məlum hadisə ilə bağlı Litva Rusiyaya qarşı sanksiya tətbiq edib.

Report Rt-ə istinadən xəbər verir ki, bu barədə Prezident Dalia Qribauskaite ukraynalı həmkarı Petro Poroşenko ilə görüşü zamanı bildirib.

“Kerç boğazında Ukrayna dənizçilərinə hücuma görə məsuliyyət daşıyanlara qarşı milli sanksiyalarımızı tətbiq etmişik”, - deyən dövlət başçısı həmin şəxslərin Litvada iqtisadi və başqa fəaliyyət göstərə bilməyəcəklərini diqqətə çatdırıb.

Litva Prezidenti həmçinin Avropa İttifaqı Şurasında gələn həftə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin müzakirə olunacağını bildirib.

Xatırladaq ki, noyabrın 25-də Azov dənizinin Kerç boğazında Ukraynanın üç gəmisi Rusiya hərbi gəmiləri tərəfindən atəşə tutulub, sonra da saxlanılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti