"Neftin bir barelinin qiyməti 60 dollar səviyyəsində saxlanılmalıdır"

6-12-2018, 12:47
Oxunub: 62
"Lukoyl" neft hasilatını 2019-cu ildə 1% artırmağı planlaşdırır


"Neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində olması həm istehsalçıların, həm də istehlakçıların tələbatını ödəyir və yanvar ayında o, bu səviyyədə saxlanılmalıdır".

Report xəbər verir ki, bunu "Lukoyl"un rəhbəri Vahid Ələkbərov"Bloomberg"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya təklifin azaldılmasını qəbul etsə, "Lukoyl"a müvafiq təlimatları tam yerinə yetirmək üçün üç-dörd ay vaxt lazım olacaq.

Hazırda "Lukoyl" neft hasilatını 2019-cu ildə 1% artırmağı planlaşdırır.

V.Ələkbərov bildirib ki, OPEC+ səviyyəsində neft hasilatının azaldılması üzrə qərar qəbul edilərsə, şirkət də planlarını korrektə edəcək.

"Ümid edirəm ki, belə tədbirlər görməyə ehtiyac olmayacaq", - o Vyanada bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti