XİN başçısı İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri ilə görüşüb

6-12-2018, 19:40
Oxunub: 98
Tərəflər qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.

XİN-dən Etatist.com-a verilən məlumata görə, görüşdə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də "Cənubi Qaz Dəhlizi" layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti