"ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artırmalıdır"

6-12-2018, 14:34
Oxunub: 37
"Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmadığını görürük"


 "Cənubi Qafqaz regionundakı uzadılan münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur".

Report xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli deyib.

“Rusiya ilə Gürcüstan arasında münaqişənin, yaxud Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmadığını görürük. Mən sizdən bir daha onların həllində daha böyük siyasi iradə göstərməyi xahiş etmək və ATƏT-i bu istiqamətdə daha çox zəruri məsələlərə dair səyləri artırmağa çağırmaq istəyirəm”, – o vurğulayıb.

G.Tsereteli həmçinin hazırda Ukraynanın şərqində vəziyyətin hələ də gərgin olduğunu, bu üzdən bölgədə kəskin humanitar böhranın yarandığını diqqətə çatdırıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti