ABŞ-a qanunsuz keçən iki böyük miqrant qrupu saxlanılıb

6-12-2018, 11:18
Oxunub: 21
Söhbət 4 aylıq körpədən 53 yaşlı şəxsə qədər olan 124 Qvatemala və Honduras vətəndaşlarından gedir


Mərkəzi Amerikadan olan iki böyük miqrant qrupu Meksika ərazisindən qanunsuz keçdikləri ABŞ-ın Arizona ştatında saxlanılıblar.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Meksikanın "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Söhbət 4 aylıq körpədən 53 yaşlı şəxsə qədər olan 124 Qvatemala və Honduras vətəndaşlarından gedir. Amerika sərhədçiləri onlardan 7 kişivə bir qadının əvvəl ABŞ-a bir dəfə qanunsuz keçdiklərini və oradan geri deportasiya olunduqlarını müəyyən edib.

Hazırda Meksikanın ABŞ-la sərhəddə yerləşən Tixuana şəhərindəki yeni miqrant düşərgəsində 2,5 min nəfərdən çox adam var.

Bundan əvvəl Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti