Kaliforniyada meşə yanğınları zamanı 11 nəfər itkin düşüb

6-12-2018, 10:36
Oxunub: 19
Yanğınlar ştata milyard dollarlarla ziyan vurub


Müasir Kaliforniya ştatı tarixinin ən dağıdıcı təbiət yanğınları qurbanlarının sayında düzəliş edilib. Ölənlərin sayı 88 nəfərdən 85-ə qədər azaldılıb. Hazırda isə itkin düşmüş hesab edilən 11 nəfərin axtarışları davam etdirilir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ştatın Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatında qeyd olunur.

Bildirilir ki, Kaliforniyanın şimalında "Kemp" yanğınının başlaması anından itkin düşən 3 min 175 nəfərin yeri müəyyən edilib. Ölənlərə gəldikdə isə, məhkəmə tibb ekspertləri belə qərara gəldilər ki, aşkar olunan qalıqlar əvvəllər ehtimal ediləndən daha az adama məxsusdur.

Noyabrın 8-də başlamış yanğınlar 13 min 972 yaşayış evini, 528 kommersiya binasını və 4 mindən çox başqa təyinatlı tikilini məhv edib. Yanğınlar ştata milyard dollarlarla ziyan vurub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti