"Huawei" şirkətinin maliyyə direktoru Kanadada saxlanılıb

6-12-2018, 10:13
Oxunub: 24
"Vançjou Men dekabrın 1-də Vankuverdə saxlanılıb"


Kanada polisi Çinin "Huawei" telekommunikasiya şirkətinin maliyyə direktoru xanım Vançjou Meni saxlayıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The Globe and Mail" qəzeti yazıb.

"Vançjou Men dekabrın 1-də Vankuverdə saxlanılıb. Onun təhvil verilməsi ilə bağlı sorğunu Birləşmiş Ştatlar göndərib, girov qoyulmasına dair dinləmələr cümə gününə təyin edilib", - deyə nəşr Kanadanın Ədliyyə Nazirliyi nümayəndəsinin sözlərini sitat gətirib.

Qəzetin məlumatına görə, direktor ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaqda ittiham olunur və Birləşmiş Ştatların onun bu səbəbdən ekstradisiyasına dair sorğusu əsasında saxlanılıb.

Vançjou Men "Huawei"in təsisçisi Jen Çjenfeyin qızıdır. O həm də şirkətin idarə heyəti sədrinin müavinidir.

Bundan əvvəl Tramp administrasiyasının ABŞ-da Çin telefonlarının satışını qadağan etmək niyyətində olduğu məlumat verilmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti