Roma papası BƏƏ-yə səfər edəcək

6-12-2018, 17:22
Oxunub: 25
Bu səfərin BƏƏ-də yaşayan katoliklərin dəvətinə cavab olaraq həyata keçiriləcəyi də qeyd edilib


Roma Papası Fransisk 2019-cu ilin fevral ayında Əbu-Dabi Əmirliyinin vəliəhdi şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidmətinin rəhbəri Qreq Berk məlumat verib.

O, katolik kilsəsinin ruhani başçısının “Bəşəri qardaşlıq” mövzusunda fevralın 3-5-də keçiriləcək beynəlxalq dinlərarası görüşdə iştirak edəcəyini diqqətə çatdırıb.

Bu səfərin həmçinin BƏƏ-də yaşayan katoliklərin dəvətinə cavab olaraq həyata keçiriləcəyi də qeyd edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti