Azərbaycan Ordusu daha bir hərbçisini itirdi

6-06-2013, 10:41
Oxunub: 1072


Bakıda hərbçini maşın vuraraq öldürüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyin "N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov "VAZ-2106” markalı maşın tərəfindən vurulub. Hərbçi aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yol qəzasında ölən hərbçi məzuniyyətdə olub. 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti