ABŞ-a məxsus iki hərbi təyyarə toqquşub

6-12-2018, 03:03
Oxunub: 22
Təyyarələr Amerikanın İvakuni bazasından havaya qalxıb və "planlı təlim uçuşu" həyata keçiriblər


Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinə məxsus "F/A-18" tipli bombardımançı və "KS-130" tipli yanacaqdolduran təyyarəsi Yaponiya sahillərində bir-biri ilə toqquşub.

Report xəbər verir ki, bu barədə ABŞ-ın Dəniz Piyada Korpusunun bəyanatında deyilir.

Bildirilir ki, təyyarələr Amerikanın İvakuni bazasından havaya qalxıb və "planlı təlim uçuşu" həyata keçiriblər.

Qəza zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda qəza yerində axtarış-xilasetmə işləri aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti