İcazəsiz balıq ovlayan şəxslər saxlanılıb

6-12-2018, 09:42
Oxunub: 21
İcazəsiz balıq ovlayan şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxslər saxlanılıblar.

Bu barədə Etatist.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Əlibaba Kərimov və Siyəzən rayon sakini İsa Səmədov olduğu müəyyən edilib. Onlardan ovlanması qadağan edilən 2 uzunburun, 4 nərə və digər balıq növləri, ov alətləri və asma mühərrikli qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti