Meksika-ABŞ sərhədində 800 miqrant saxlanılıb

5-12-2018, 11:23
Oxunub: 23
Təxminən 400 nəfər Texas ştatının El-Paso şəhəri yaxınlığında ABŞ səlahiyyətlilərinə könüllü təslim olub


Təqribən 800 miqrant Meksika-ABŞsərhədini qeyri-qanuni keçməyə cəhd göstərib.

Report xəbər verir ki, bunu Meksika Miqrasiya Milli İnstitutunun direktoru Tonatiu Gilyen "Formula" radiosuna müsahibəsində deyib.

Bildirilir ki, qanun pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.

"Televisa" telekanalının məlumatına görə, təxminən 400 nəfər Texas ştatının El-Paso şəhəri yaxınlığında ABŞ səlahiyyətlilərinə könüllü təslim olub.

Digərləri Meksikanın Tixuana şəhərində miqrantlar üçün yeni salınmış düşərgəyə göndərilib. Bəziləri evə dönməyə qərar verib.

Bundan əvvəl Meksika ABŞ-a keçmək istəyən miqrantların deportasiyasına başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti