Ceyms Cefri Türkiyə və İordaniyaya səfər edəcək

5-12-2018, 10:55
Oxunub: 19
Cefrinin hər iki ölkədə yüksək vəzifəli şəxslərlə görüşəcəyi qeyd olunur


ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə və İordaniyaya səfər edəcək.

Report xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

"ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri 4-14 dekabr tarixlərində Türkiyəyə və İordaniyaya səfər edəcək", - deyə məlumatda bildirilir.

Cefrinin hər iki ölkədə yüksək vəzifəli şəxslərlə görüşəcəyi və Suriyadakı vəziyyətin həllini müzakirə edəcəyi qeyd olunur.

Bundan əvvəl Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti