Qətər əmiri Körfəz ölkələrinin sammitinə dəvət edilib

5-12-2018, 10:06
Oxunub: 21
Əmirin bu dəvəti qəbul edib-etmədiyi barədə məlumat verilmir


Qətər əmiri Təmim bin Hamad əl TaniSəudiyyə Ərəbistanı kralı Salman Əbdül Əziz əs-Səuddan diplomatik ələqələrin kəsilməsinə baxmayaraq, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının dekabrın 9-da Ər-Riyadda keçiriləcək sammitinə dəvət alıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı çərşənbə axşamı Qətər xəbər agentliyi yayıb.

Əmirin bu dəvəti qəbul edib-etmədiyi barədə məlumat verilmir. Lakin bir müddət əvvəl Qətər hökumətinin media ofisinin nümayəndəsi bildirib ki, Doha qonşularla yaranmış istənilən fikir ayrılığının həlli üçün həmişə açıq etimad dialoquna çağırıb.

Bundan əvvəl Qətərin 2019-cu ildə OPEC-dən çıxacağı bəyan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti