İsrail BMT TŞ-nin təcili iclasının çağırılmasını istəyir

5-12-2018, 09:12
Oxunub: 20
Bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib


İsrail Livanın "Hizbullah" hərəkatının nümayəndələri tərəfindən tunellərin qazılmasını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasının zəruri olduğunu hesab edir.

Report TASS-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

"Mən İsrailin BMT-dəki nümayəndə heyətindən "Hizbullah"ın hərəkətlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına nail olmağı xahiş etdim", - deyə baş nazir bildirib.

Bundan əvvəl İsrail polisi Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti