ABŞ orta və yaxın mənzilli raketlərlə əlaqədar Rusiyaya vaxt verib

5-12-2018, 08:47
Oxunub: 23
"Əgər Rusiya 60 gün ərzində OYMRM-in şərtlərinə qayıtmasa, ABŞ müqavilə üzrə öhdəliklərin icrasını dayandıracaq"


Rusiya 60 gün ərzində Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) şərtlərinə əməl etməsə, ABŞ onun icrasını dayandıracaq.

Report xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo deyib.

"Əgər Rusiya 60 gün ərzində OYMRM-in şərtlərinə qayıtmasa, ABŞ müqavilə üzrə öhdəliklərin icrasını dayandıracaq... Biz ABŞ-ın bu qərarının NATO tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk", - deyə o bildirib.

Pompeo həmçinin əlavə edib ki, göstərilən dövr ərzində ABŞ bu sinfli raket sistemlərini hazırlamayacaq, istehsal etməyəcək və yerləşdirməyəcək.

Rəsmi Moskvanın Vaşinqtonun bu şərti ilə bağlı qərarı da özünü çox gözlətməyib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mayk Pompeonun sözlərini şərh edərək bildirib ki, Rusiya müqavilənin müddəalarına şərtsiz əməl edir və bu, Amerika tərəfinə məlumdur.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskvanın ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmasına tez və səmərəli cavab verəcəyini bildirmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti