Putin ukraynalı həmkarının təkrar prezident seçilməsinə qarşıdır

5-12-2018, 17:15
Oxunub: 23
Putin bu addımı ukraynalı həmkarının növbəti prezident seçkilərində iştirak etməməsi üçün atdığını deyib


Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dövlət başçısı Petro Poroşenko ilə telefon söhbəti barədə müraciətləri rədd etməsinə aydınlıq gətirib.

Report “İnterfax”a istinadən xəbər verir ki, V.Putin bu addımı ukraynalı həmkarının növbəti prezident seçkilərində iştirak etməməsi üçün atdığını deyib.

Onun sözlərinə görə, P.Poroşenko məharətlə yaratdığı böhran vəziyyətlərinin məsuliyyətini dərhal Rusiyanın üzərinə yıxır, daha sonra da yaranan problemləri həll etməsi görüntüsünü yaradır: “Onun bəsit fəndləri budur, amma mən bu oyunlarda iştirak etmək istəmirəm və etməyəcəyəm”.

Xatırladaq ki, noyabrın 25-də Ukraynanın üç gəmisi Rusiya tərəfindən Kerç boğazında saxlanılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti