Aİ Ali Məhkəməsi: "Brexit" təxirə salına bilər

4-12-2018, 14:07
Oxunub: 25
Məhkəmə müşavirinin rəyi, məhkəmənin yekun qətnaməsini verərkən mütləq nəzərə alınır


"Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmaq qərarını birtərəfli surətdə ləğv edə bilər".

Report “Euronews”ə istinadən xəbər verir ki, Avropa İttifaqı Ali Məhkəməsinin müşaviri Manuel Kampos Sançes-Bordona məhkəmə tərəfindən Böyük Britaniyanın Lissabon müqaviləsinin müvafiq maddəsindən imtina edə biləcəyini açıqlanmasını təklif edib.

Qeyd edək ki, Şotlandiyanın bir neçə siyasi xadiminin vəkilləri Böyük Britaniyanın Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Avropa İttifaqının qalan 27 üzv dövlətinin razılığı olmadan üzvlükdən çıxmaq qərarını ləğv etmək hüququnun olub-olmaması barədə Avropa Məhkəməsi qarşısında vəsatət qaldırmışdılar.

Məhkəmə müşavirinin rəyi hüquqi hökm qüvvəsində olmasa da, məhkəmənin yekun qətnaməsini verərkən mütləq nəzərə alınır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti