Malayziyda ticarət mərkəzində partlayış olub, 3 nəfər ölüb

4-12-2018, 16:05
Oxunub: 23
“Xəsarət alanların isə dördünün vəziyyəti ağırdır”


Malayziyanın Kalimantan adasında yerləşən Kuçinq şəhərinin ticarət mərkəzlərindən birində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Yanğından Mühafizə və Xilasetmə Departamentinin başçısı Xiruddin Drahman bildirib.

Onun sözlərinə görə, ölənlər ticarət mərkəzinin əməkdaşlarıdır: “Xəsarət alanların isə dördünün vəziyyəti ağırdır”.

Partlayışın səbəbi hələlik məlum deyil. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti