Fransada etirazlar başlayandan dörd nəfər ölüb

4-12-2018, 16:49
Oxunub: 28
"Hərəkatın başlamasından bəri dörd vətəndaşımız ölüb"


Fransada "sarı jiletlilər"in etirazları səbəbindən indiyədək dörd nəfər ölüb.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduard Filipp bildirib.

"Hərəkatın başlamasından bəri dörd vətəndaşımız ölüb. Çox sayda vətəndaş, o cümlədən hüquq-mühafizə orqanlarımızın əməkdaşları yaralanıblar", - hökumət başçısı Fransa telekanallarının efirində xalqa müraciətində deyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən bəri avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etirazlarkeçirilir, hərəkat iştirakçıları sarı jiletlər geyirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti