“Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb

4-12-2018, 11:20
Oxunub: 25
Qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir


Azərbaycanda yeni “Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanıb.

Report xəbər verir ki, qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir.

Yeni qanunun məqsədi vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir. Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti