Bakıda Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir

4-12-2018, 10:18
Oxunub: 26
İclasın əsas mövzusu ticarət məsələləridir


Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Report xəbər verir ki, iclasın əsas mövzusu ticarət məsələləridir.

Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsi Petros Sremelis rəhbərlik edir.

Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas Report-a açıqlamasında görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti