Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb

4-12-2018, 11:04
Oxunub: 27
Qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq


Bu il Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında deyib ki, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.

Onun sözlərinə görə, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur: “Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur”.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti