Fransada etirazçılar "Total"a məxsus 11 yanacaq anbarına girişi bağlayıb

3-12-2018, 16:03
Oxunub: 151
2,2 min yanacaqdoldurma məntəqəsi yanacaq ehtiyatlarının tükəndiyini elan edib


Fransada keçirilən etiraz aksiyasınıniştirakçıları "Total" konserninə məxsus 11 yanacaq anbarına girişi bağlayıb və bu səbəbdən bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizel qıtlığı yaşanır.

Report xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti şirkətin nümayəndəsinə istinadən məlumat verib.

Onun sözlərinə görə, 2,2 min yanacaqdoldurma məntəqəsi yanacaq ehtiyatlarının tükəndiyini elan edib. Onlardan yalnız 75-i bilavasitə "Total"a məxsusdur.

Qeyd olunur ki, "sarı jiletlilər" mütamadi olaraq dəniz limanına girişi, avtomobil yollarını bağlayır, yol kameralarını sıradan çıxarır və ödənişli yollarda ödəniş məntəqələrinin işini pozurlar.

Etiraz edənlər həmçinin məktəb və liseylərin qarşısında nümayişlər təşkil edir, gəncləri öz hərəkatlarına qatılmağa çağırırlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti