Sabaha olan hava proqnozu

1-12-2018, 13:32
Oxunub: 119
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir


Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, dekabrın 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 6-9°, gündüz 9-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti təşkil edəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti