Növbəti iki gündə geomaqnit qasırğası olacaq

30-11-2018, 12:10
Oxunub: 240
"Diskomfort xeyli artacaq"


Yer kürəsində dekabrın 1 və 2-də növbəti geomaqnit qasırğası gözlənilir. 

Report xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, qasırğanın səbəbi Günəşin səthində formalaşan növbəti böyük ölcülü tac dəliyidir: "Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq".

E.Babayev əlavə edib ki, meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlarda narahatlıq yaradacaq: "Diskomfort xeyli artacaq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti