Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

29-11-2018, 13:42
Oxunub: 1105
Şəhriyar Məcidzadə qonaqlara məzarı Fəxri Xiyabanda olan yazıçı, bəstəkar və ictimai-siyasi xadimlәr haqqında da qısa məlumat verib


Noyabr ayının 29-da Finlandiya Parlamentinin sabiq millət vəkili, dosent İlkka Taypale, Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə Naziri xanım Vappu Taypale və Finlandiyanın Azərbaycandakı səfirinin müşaviri xanım Tarya Parkkinen Azərbaycana səfərə gəliblər. Səfərin məqsədi sabiq millət vəkili İlkka Taypalenin redaktorluğu ilə Finlandiyada nəşr edilmiş “Finlandiyadan 100 sosial innovasiya” kitabının Azərbaycan dilində nəşr edilmiş versiyasının təqdimatında iştirak etməkdir.

Səfər çərçivəsində qonaqlar bu gün saat 12:00-da Kitabıstan nəşriyyatının rəhbəri Pünhani Əsgərli və Kitabıstanın və Etatist.com-un təsisçisi Şəhriyar Məcidzadə ilə birlikdə mərhum Prezident Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmək üçün I Fəxri Xiyabanda onun məzarını ziyarət edib, məzarının üstünə gül dəstələri qoyublar.

Mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhriyar Məcidzadə qonaqlara məzarı Fəxri Xiyabanda olan yazıçı, bəstəkar və ictimai-siyasi xadimlәr haqqında da qısa məlumat verib.

Qeyd edək ki, “Finlandiyadan 100 sosial innovasiya” kitabı Azərbaycanda Kitabıstan nəşriyyatı tərəfindən tərcümə edilərək nəşr edilib və bu gün Azərbaycana gəlmiş olan qonaqlar saat 18:00-da “The Landmark Hotel”-də kitabın təqdimat mərasimində iştirak edəcəklər. Sözügedən kitab dünyanın 27 dilinə tərcümə edilərək nəşr edilib. O cümlədən Qazaxstanda bütün kitabxanalarda var, Cənubi Koreyada isə dərs vəsaiti kimi məktəblərdə tədris edilir.

Xatırladaq ki, Finlandiya Parlamentinin sabiq millət vəkili, dosent İlkka Taypale, Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə Naziri xanım Vappu Taypale və Finlandiyanın Azərbaycandakı səfirinin müşaviri xanım Tarya Parkkinen Kitabıstanın və Etatist.com-un təsisçisi Şəhriyar Məcidzadə tərəfindən Azərbaycana dəvət edilib.

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 

Finlandiyalı qonaqlar Heydər Əliyevə ehtiramını bildirdilər - FOTOLAR

 Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti