Finlandiya necə inkişaf etdi? - Cavabı bu kitabda

28-11-2018, 19:17
Oxunub: 250
Kitabın giriş sözünün müəllifi Finlandiya Prezidenti Sauli Niinistödür


Kitabıstan yayımlarının növbəti tərcüməsi işıq üzü görüb.

Kitabıstandan Etatist.com-a daxil olan məlumata görə, növbəti kitab “Finlandiyadan 100 sosial innovasiya”-dır. Kitabın müəllifləri Finlandiyanın parlament üzvləri, keçmiş Baş Nazir, keçmiş Parlament Spikeri, digər nazirlər və dövlət yüksək vəzifəli sabiq işçiləri, innovasiya yaradanlar və onları tətbiq edən şəxslərdir.

Kitabın ideya müəllifi və redaktoru İlkka Taypale, giriş sözünün müəllifi isə Finlandiya Prezidenti Sauli Niinistödür. 

Sözügedən kitabda Finlandiya təhsil sistemindən tutmuş, gündəlik əyləncələrə, səhiyyədən tutmuş kredit islahatları, qadın haqları, gender bərabərliyi, texnologiyanın inkişafına qədər bütün mövzulardan bəhs olunub. “Finlandiyadan 100 sosial innovasiya” kitabı bu günə qədər 27 dilə tərcümə olunub və nəşr edilib.

Kitabın təqdimatı noyabrın 29-da “The Landmark Hotel”-in III korpusunda 22-ci mərtəbədə keçiriləcək. Təqdimat saat 18.00-da başlayır. (Təqdimat haqqında daha geniş məlumat almaq üçün BU LİNK-ə klikləyin)

Kitabıstanın dəvəti ilə təqdimatda iştirak etmək üçün Azərbaycana gələn Finlandiyanın sabiq millət vəkili, cənab İlkka Taypale, Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə naziri, xanım Vappu Taypale və Finlandiyanın Azərbaycandakı səfirinin müşaviri, xanım Tarya Parkkinen 29 noyabr saat 12.00-da Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti