Tramp və Ərdoğan arasında görüş keçiriləcək

28-11-2018, 10:25
Oxunub: 170
“Böyük iyirmilik” sammiti 30 noyabr-1 dekabr tarixlərində Argentinada keçiriləcək


ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada keçiriləcək G-20 sammiti çərçivəsində danışıqlar aparacaqlar.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, “Böyük iyirmilik” sammiti 30 noyabr-1 dekabr tarixlərində Argentinada keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti