Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

28-11-2018, 12:13
Oxunub: 118
"Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə Etatist.com-a DGK-dan məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində-ehtiyat təkər saxlanan hissədə və həmin hissənin sağ və sol ətrafında üzərində "Petarda Blyskowa" yazısı olan 5 160 ədəd və üzərində "Corsar" yazısı olan 1 500 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti