"Bəyaz zanbaqlar ölkəsində"n 100 il sonra Finlandiya (Yeni kitab)

25-11-2018, 00:14
Oxunub: 1290
“Bəyaz zanbaqlar ölkəsində” kitabı bir ovuc aydın insanın danışmaq yerinə iş görərək nələr edə biləcəyini göstərir


Əvvəlcə Finlandiya haqqında. Finlandiya turizm ölkəsi hesab edilir. Bəli, deyə bilərsiniz ki, bu, təbiətin bir nemətdir. Ancaq məsələ gözəl mənzərələrin olması deyil, onu turizmə çevirə bilməkdir.

"Bəyaz zanbaqlar ölkəsində"n 100 il sonra Finlandiya (Yeni kitab)Apardığım araşdırmaların nəticəsini deyim. Finlandiya adambaşına düşən ümumi daxili məhsulun həcminə görə Avropanın və dünyanın ən qabaqcıl ölkələrindən hesab edilir. Bu ölkə telekommunikasiya sahəsində güclülər arasındadır. Mobil telefonların istehsalına görə dünyanın lider ölkələrindən biridir ki, “Nokia” telefonları Finlandiyaya aiddir. Ölkə paslanmayan metal istehsalına görə məşhurdur. Bununla yanaşı, rifah səviyyəsi yüksək, təhsilə, elmə üstünlük verən, dünyanın ən çox kitab oxunan ölkələri arasındadır. Bizim ölkə ilə müqayisə edilməyəcək qədər yüksək inkişaf pilləsinə çatıblar.

Deyə bilərsiniz ki, bu kitabla nə əlaqəsi var? Amma elə deyil, əlaqəsi var. Çünki Qriqori Petrov “Bəyaz zanbaqlar ölkəsində” kitabı ilə öz ölkələrinin quruluşunu, mübarizədən qalib çıxaraq bataqlıqlar ölkəsindən ağ zanbaq torpaqlarına necə çevrildiyini izah edir.

Bu kitab 20-ci əsrin ilk vaxtlarını yəni, Rusiya İmperiyasından müstəqillik aldığı illəri özündə əks etdirir. Burada finlərin ortaya qoyduğu ən böyük silah ictimai həmrəylik olur. Bu elə kitabı mənə ən çox sevdirən tərəf idi.

Mən bu məsələlərə bir az bioloji yöndən də baxıram. Canlılar aləmində birlik, həmrəylik çox vacibdir. Əlbəttə ki, hamımız həyatda qalıb nəslimizi davam etdirmək məqsədinə sahib canlılarıq. Bir zamanlar təbiətdə həyat mübarizəsi vermişik, nəslimizi davam etdirməyə çalışmışıq. Bu, asan deyildi, ancaq bu çətinliklərin öhdəsindən biri-birimizə kömək edərək, bir-birimizə biganə qalmayaraq gəlmişik. Qədim zamanlardan bu zamana qədər davam edən ictimai həmrəylik hələ də davam edir. Əgər digər insanlardan kənarlaşsanız, onlardan kömək gözləməsəniz və ya siz də onlara kömək etməsəniz növ olaraq işimiz həqiqətən çox çətin olardı. Bunu düşünün! Biz öz növümüzün ailələri ilə bir-birimizə kömək etdik və hələ də edirik. Təbii ki, bunu edən tək canlı növü biz deyilik. Bir çox digər canlı növləri də bunu edir və bu şəkildə həyatlarını, nəsillərini davam etdirirlər. Nəysə dönək kitaba.

Kitabda Snelman adlı bir aydın insan, cəmiyyətin bütün seqmentlərini əsgər, müəllim və ya mühəndis demədən, ictimai həmrəyliklə necə qaranlığa, bataqlığa, çətinliyə qarşı hərəkət etməyə cəlb etdiyini və mədəniyyət, sənaye, təhsil ilə bu günün Finlandiya dövlətinin necə qurulduğunu izah edir.

Burada mən Cəfər Cabbarlının yaratdığı, "Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yoxdur, ancaq olmalıdır. Onu da mən yaradacağam” deyən Oqtay Eloğlu personajını xatırladım. Bu sözlər yəqin ki, Azərbaycanı, bu vətəni sevən, bu insanların gələcəyini, səadətini düşünüb, nələrinsə dəyişəcəyini istəyib bu yöndə fəaliyyət edən hər kəsin devizi olmalıdır. Ki, özüm də həmişə bu prototipi nümunə götürmüşəm.

“Bəyaz zanbaqlar ölkəsində” kitabı bir ovuc aydın insanın danışmaq yerinə iş görərək nələr edə biləcəyini göstərir. Bu kitab insanların inkişafı təmin etmək üçün, ruh biriliyi, ictimai həmrəylik, səmimiyyət və sevgi ilə çalışaraq müvəffəqiyyət qazana biləcəyini göstərir.

İlkka Taypalenin “Finlandiyadan 100 sosial innovasiya” kitabı "Kitabıstan" tərəfindən çap edilib. Hətta kitabın üzərinə "Bəyaz zanbaqlar ölkəsindən 100 il sonra" yazılması daha çox diqqətimi çəkdi. Düzdür, Finlandiya haqqında az-çox bilirik, yuxarıda da qeyd elədim, ancaq mənə maraqlıdır, Finlandiyada 100 il əvvəlki o ictimai həmrəylik bu gün onlara nələr verdi? Onun üçün də bu kitabı da oxumalıyam.

Taryel Abdullayev

Etatist.com-dan: "Finlandiyadan 100 sosial innovasiya"
kitabının təqdimatı noyabrın 29-da (saat 18.00) "The Landmark Hotel"-in III binasında, 22-ci mərtəbədə keçiriləcək. Daha ətraflı məlumat üçün BU LİNKƏ klikləyin və ya 070 537 21 84 nömrəsi ilə əlaqə saxlayın. Təqdimatda kitabın ideya müəllifi və redaktoru İlkka Taypale, Finlandiyanın keçmiş Sosial Məsələlər və Səhiyyə naziri, xanım Vappu Taypale və Finlandiyanın Azərbaycandakı səfirinin müşaviri, xanım Tarya Parkkinen də iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti