Avtomobildən xeyli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

24-11-2018, 12:14
Oxunub: 144
Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub. 

Bu barədə Etatist.com-a DGK-dan məlumat verilib.

Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Belə ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Şəmkir rayonunun Düyənli kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb. Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Kremlin" yazılan 83 ədəd, üzərində "Beluga" yazılan 6 ədəd 0,7 litrlik, üzərində "Almaz" yazılan 6 ədəd 0,7 litrlik və üzərində "Rosi" yazılan 37 ədəd 0,7 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti