Kaliforniyanın şimalında yanğın qurbanlarının sayı 83-ə çatıb

22-11-2018, 09:21
Oxunub: 138
653 nəfər itkin düşmüş hesab olunur


ABŞ-ın Kaliforniya ştatının şimalında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 83-ə çatıb.

Trend-in məlumatına görə, bunu mətbuat kofransı zamanı Byut dairəsinin şerifi Kori Honi bildirib. Onun sözlərinə görə, 653 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə, ştat üzrə ölənlərin sayı ən azı 86-dır.

Qeyd edək ki, Kaliforniyada bir neçə güclü yanğın baş verir. Ştat tarixində ən dağıdıcı yanğın Kaliforniyanın şimalında baş verən "Camp" meşə yanğınıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti