"Biz Azərbaycan və ABŞ xalqları arasında dialoqu davam etdirmək istəyən topluluğuq" - Müsahibə

21-11-2018, 00:01
Oxunub: 338
"“Open World” proqramı yüksəlməkdə olan mütəxəssisləri onların ABŞ-dakı həmkarları ilə əlaqələndirməyə planlanıb"


“The Open World Leadership Center” keçmiş Sovet İttifaqı ölkələri üçün ABŞ-ın ən effektiv mübadilə proqramlarından biri olan “Open World” proqramına rəhbərlik edir. Konqres tərəfindən maliyyələşdirilən “Open World” proqramı post-sovet ölkələrindən olan 27 mindən çox gəncin Konqres üzvləri, Konqres işçiləri və başqa minlərlə amerikalı ilə birbaşa ünsiyyət və əlaqə qurmasına imkan yaradıb. Bu, həm də dünyanın ən böyük dövlətlərindən biri olan ABŞ-ın təcrübələrini öyrənmək üçün də effektiv üsuldur.

ABŞ-da olan Etatist.com əməkdaşı Mələk Hacıyeva təşkilat və proqram haqqında daha geniş məlumat almaq üçün səfir və “The Open World Leadership Center”-in müşaviri Con O'Kif-lə ilə görüşərək ondan müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik:

- Öncəliklə müsahibə təklifini qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. İcazənizlə sizin və çalışdığınız “Open World” layihəsi haqqında Azərbaycan oxucusuna daha ətraflı məlumat vermək üçün daha geniş müsahibə almaq imkanından yararlanım. Öncəliklə sizin haqqınızda. Adətən praqmatik insanlar fikirlərini çox konkret və qısa çatdırmağı sevdikləri üçün sualı belə qoyaq: Qısa olaraq özünüzü Azərbaycan oxucusuna necə təqdim edərsiniz?

- Səmimi cavab versək, mən, xüsusi olaraq Azərbaycan proqramı üzrə əməkdaşımız Aleksa Kinqin, birgə işlədiyimiz azərbaycanlı məzunlarımızın, və ABŞ-dakı çox mehriban ev sahiblərimizin daxil olduğu “Open World” komandasının bir parçasıyam. Beləliklə, ölkənizdəki insanların “Open World” haqqında fikirləşdiklərində bizi Azərbaycan və ABŞ xalqı arasında dialoqu davam etdirmək istəyən böyük bir topluluq olaraq düşünəcəklərinə ümid edirəm.

- Fəaliyyətinizi araşdırdıqca, əslində, özünüzü qısa təqdim etməyin mümkün olmadığını da görməmək qeyri-mümkündür. Post-sovet ölkələri ilə çalışırsınız, insan haqları, hüququn təminatı fəaliyyətləri ilə yanaşı, həm də Qırğızıstanda səfir olmusunuz. Post-sovet ölkələri haqqında sizin ümumi rəyiniz nədir və düzəldilməli olan məsələlərin başında nələri görürsünüz?

- ABŞ vətəndaşları bütün post-sovet ölkələrini eyniləşdirirlər. Bu, tez-tez rast gəlinən haldır. Biz anlayırıq ki, hər ölkə xüsusidir və hər birinin özünəməxsus yolu var. Regionda unikal olmayan bir element isə korrupsiyanın həyatın bir çox sahələrində olan təsiridir. Bu, hər bir ölkənin mübarizə apardığı problemdir. Məhkəmələr də daxil olmaqla, xalq tərəfindən etibar edilən dövlət qurumlarına sahib olmaq, həyat keyfiyyəti və iqtisadi inkişaf şərtlərini yaxşılaşdıracaq.

- “Open World” bir çox insana Amerikanı tanımaq imkanı verir. Buna özüm də şahidəm. Amma həm də layihənin genişləndirilməsi üçün gələcəkdə başqa əlavələr olacaqmı?

- İdarə heyətimiz layihənin siyasətini müəyyənləşdirir və keçən iclasda onlar Balkan ölkələrinə orta miqyaslı proqram təsdiqlədilər.

"Biz Azərbaycan və ABŞ xalqları arasında dialoqu davam etdirmək istəyən topluluğuq" - Müsahibə

- Mən şəxsən öz praktikamızda buna şahid olmuşam ki, bir sıra problemlər mövcuddur. Məsələn, bir nümunə çəkəcəm, İranın Azərbaycanda real təzyiqləri olmasına və ən böyük sərhəd zolağımızın İranla olmasına baxmayaraq, biz T.Hertslin “Yəhudi dövləti” kitabını Azərbaycanda nəşr edib təqdimatını keçirdik. Amma nə “Amerikanın Səsi”, nə də Konqresdən maliyyələşən “Azadlıq Radiosu” bunun haqqında informasiya vermədi. Sizcə dünyanın doğrudan da şəffaf və açıq olması üçün daha hansı işlər görülməlidir?


- Əksər post-sovet ölkələrində çox sayda informasiya mənbələrinə geniş çıxış imkanı ilə gənclər bu informasiyaya və mürəkkəb ikitərəfli və çoxtərəfli problemlərin digər dərin araşdırmalarına çıxış əldə edə bilməlidirlər.

- Bu proqram post-sovet ölkələrində, xüsusilə də, Azərbaycanda demokratikləşmə prosesinə hansı dərəcədə təsir göstərə bilər?

- “Open World” proqramı yüksəlməkdə olan mütəxəssisləri onların ABŞ-dakı həmkarları ilə əlaqələndirməyə planlanıb. Hər iki tərəfin bir-birindən öyrənəcəyinə və iki ölkəyə də fayda verəcək yollar tapacağına ümid edirik.

- “Open World” proqramının əsas məqsədi nədir?

- Birləşmiş Ştatlar Konqresinin bir qolu olan “Open World Leadership Center”-in missiyası inkişafda olan ölkələrdəki yüksələn liderləri demokratiyanın yaradılması və möhkəmləndirilməsi üçün qanunvericilik funksiyalarının əhəmiyyəti ilə tanış etməkdir. Bu, gənc liderlərə ABŞ demokratik idarəetmə sistemləri, federal, dövlət və yerli azad bazar əməliyyatları haqqında məlumat vermək yolu ilə həyata keçirilir. Mərkəz, həmçinin siyahıya alınan liderlər şəbəkəsi ilə, xüsusilə də, Amerika milli təhlükəsizlik maraqları üçün xüsusi əhəmiyyət daşıyan ölkələrdən olanlarla daimi əlaqə saxlayır.

- Əslində hamını bu sual maraqlandırır: davamlı proqramlar həyata keçirmək üçün nələr lazımdır?

- Bu sual “Open World”-ün əhatə dairəsindən tamamilə kənardır. Yuxarıda qeyd etdiyim, “Open World Leadership Center”-in hədəfidir və bunun şəffaflığı artıracağına ümid edirik.

- İrəlidə həyatınızla bağlı kitab yazmaq fikriniz varmı?

- Xeyr, hal-hazırda avtobioqrafiya yazmağı planlaşdırmıram.

- Sizi Azərbaycanda görə biləcəyikmi?

- Bəli, çox istərdim ki, Azərbaycana səfər edim. Orada sadəcə bir dəfə olmuşam və yenidən getmək arzusundayam.

- Azərbaycan oxucularına nə demək istərdiniz?

- Sizə və ailələrinizə ən xoş arzularımızı çatdırırıq. Ölkəniz daxilində rifah və sülhə ümid edirik. 

Mələk Hacıyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti