Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırıb

19-11-2018, 17:05
Oxunub: 39
Bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb


Almaniya hakimiyyəti Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Buna səbəb jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülməsi göstərilib.

Xatırladaq ki, noyabrın 19-da Almaniyanın xarici işlər naziri Hayko Maasjurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Avropa İtifaqına üzv dövlətlərinə, o cümlədən Almaniyaya səfərinin qadağan edildiyini bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti