Putinin Türkiyəyə səfəri başlayıb

19-11-2018, 16:00
Oxunub: 43
Putin Ərdoğanla birlikdə “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edəcək


Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb. 

Report “Hürriyet”ə istinadən xəbər verir ki, onu İstanbulun Atatürk hava limanında İstanbul valisi Ali Yerlikaya, Böyükşəhər Bələdiyyə sədri Mevlüd Uysal, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerov və iki ölkənin digər rəsmiləri qarşılayıb.

V.Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edəcək.

Qeyd edək ki, R.T.Ərdoğanla V.Putin bu il 5 dəfə görüşüb, 17 dəfə telefonla danışıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti