Fransada etirazlar zamanı xəsarət alanların sayı 400-ü ötüb

19-11-2018, 12:02
Oxunub: 30
Aksiyalar zamanı, təqribən, 300 nəfər saxlanılıb


Fransada benzinin qiymətinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb.

Bu barədə Report BBC-yə istinadən xəbər verir.

Aksiyalar zamanı, təqribən, 300 nəfər saxlanılıb, onlardan 157 nəfər həbs olunub.

Məlumata görə, etiraz aksiyalarında ölkə üzrə, təxminən, 288 min nümayişçi iştirak edib.

Qeyd edək ki, nümayişlər noyabrın 17-də başlayıb, noyabrın 18-də də qismən davam edib.

Daha əvvəl aksiyalar zamanı 200-ə yaxın insanın xəsarət aldığı bildirilirdi.

Fransanın Baş naziri Eduar Filip avtomobil yanacağının qiymətinin artmasına səbəb olan istixana qazı tullantısına qoyulan verginin ləğv olunmayacağını bəyan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti