Livan Türkiyə istehsalı olan malların idxalına qadağa qoyub

19-11-2018, 11:44
Oxunub: 33
"Nazir 30 milyon dollarlıq Türkiyə istehsalı olan mallara qadağa qoyub"


Livan Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyub.

Report “Aksham”a istinadən xəbər verir ki, bunu Livan-Türkiyə Cəmiyyətnin sədri Xalid Tadmori bildirib.

Onun sözlərinə görə, artıq 6 aydır Livanda hökumət qurmaq mümkün olmur, amma baş nazir Saad Hariri nazir vəzifəsinin icrasını müvəqqəti olaraq müxtəlif şəxslərə tapşırıb. O qeyd edib ki, Livanda nazir səlahiyyətlərini icra edən şəxslər isə Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdürülər.

X.Tadmori bildirib ki, Saad Hariri Türkiyəyə qarşı baş verənləri sükutla qarşılayır.

Cəmiyyət sədri deyib ki, Livanın iqtisadiyyat və ticarət naziri Raed Xouri Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyulduğunu təsdiqləyib: “Nazir 30 milyon dollarlıq Türkiyə istehsalı olan mallara qadağa qoyub. O, bu qadağanı milli istehsalı qorumaq üçün etdiyinin bildirib. Ancaq Livan Fransa və Səudiyyə Ərəbistanı ilə müqavilə imzalayaraq, hər iki ölkədə istehsal olunan malların vergi ödəmədən daxil ola bilər”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti