Britaniyanın XİN başçısı bu gün İrana səfər edəcək

19-11-2018, 10:22
Oxunub: 37
O, Tehranda İran rəsmiləri ilə görüşəcək


Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bu gün İrana səfər edəcək.

Report “Anadolu” agentliyinə istinadla xəbər verir ki, o, Tehranda İran rəsmiləri ilə görüşəcək.

Britaniyalı nazir İranda həbsdə saxlanılan krallıq təbəələrinin vəziyyətini, İslam Respublikasının nüvə proqramını, habelə bölgədəki münaqişələri müzakirə edəcək. Görüşlərdə İrana nüvə razılaşmasından sonra tətbiq edilən sanksiyalarla bağlı firki mübadiləsi aparılacaq.

Qeyd edək ki, noyabrın 5-dən ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini tətbiq edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti