Energetika naziri İstanbulda “Türk axını” ilə bağlı mərasimdə iştirak edir

19-11-2018, 15:28
Oxunub: 37
Ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir


Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Türk axını” təbii qaz boru xətti layihəsinin dənizdən keçən hissəsinin tamamlanması münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Türkiyəyə səfər edib.

Nazirlikdən Etatist.com-a verilən məlumata görə, bu gün İstanbulda keçirilən mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə yanaşı, bir sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılıb.

Ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək iki xəttin tikintisini və kəmərlərin hər biri 15,75 milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutur. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanacağı planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti